четверг, 19 марта 2015 г.

Dostluq

Dostlugun qırılmaz zəncirlə müqayisə  edilməsi  təsadüfü deyildir .Səmimi və möhkəm dostluq hisslərini  hec  nə  ilə sarsıtmaq  mümkün deyil . İnsanlar arasında hər xoş münasibəi dostluq adlandırmaq olmaz.Həqiqi dostluq illərin sınagından cıxır  bərkdə - boşda , həyatın enişli - yoxuşlu yollarında sınanılır . Əsl dosluq insanlar arasında münasibətlərin  ən uca zirvəsidir .Gərək dostun sandıgın şəxsin yolunda hər cətinliyə dözməyi  bacarasan ,hec vaxt  yalan danışmayasan. Nahaq deməyiblər ki , dost - dosta tən gərək , tən olmasa , gen gərək.Dostu olmaq  böyük xoşbəxtlikdir . Coxlu dostu olan şəxsi qollu budaqlı  ağaca bənzədirlər .Dostluq -fədakarlıq  deməkdir .Dərsliyimizdə  dostluqla bağlı  S.S.Axundovun  Qaraca qız  hekayəsi . Qaraca qız  dost  yolunda fədəkarlıq  edir , dostunu xilas edir ,özü isə  erkən yaşında  həyatla vidalaşır .Əsil dostlar çətin sınaq məqamlarında məhz belə hərəkət edirlər .
Əsl dost necə olur.Əsl dostluqda qarşılıqlı səmimiyyət  və hörmət olur .Hec vaxt bir-birinin xətrinə dəymir.