
Dostlugun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfü deyildir .Səmimi və möhkəm dostluq hisslərini hec nə ilə sarsıtmaq mümkün deyil . İnsanlar arasında hər xoş münasibəi dostluq adlandırmaq olmaz.Həqiqi dostluq illərin sınagından cıxır bərkdə - boşda , həyatın enişli - yoxuşlu yollarında sınanılır . Əsl dosluq insanlar arasında münasibətlərin ən uca zirvəsidir .Gərək dostun sandıgın şəxsin yolunda hər cətinliyə dözməyi bacarasan ,hec vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki , dost - dosta tən gərək , tən olmasa , gen gərək.Dostu olmaq böyük xoşbəxtlikdir . Coxlu dostu olan şəxsi qollu budaqlı ağaca bənzədirlər .Dostluq -fədakarlıq deməkdir .Dərsliyimizdə dostluqla bağlı S.S.Axundovun Qaraca qız hekayəsi . Qaraca qız dost yolunda fədəkarlıq edir , dostunu xilas edir ,özü isə erkən yaşında həyatla vidalaşır .Əsil dostlar çətin sınaq məqamlarında məhz belə hərəkət edirlər .
Əsl dost necə olur.Əsl dostluqda qarşılıqlı səmimiyyət və hörmət olur .Hec vaxt bir-birinin xətrinə dəymir.